İranlı nazir Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə çağırıb


Siyasət 14 Mar 2018 16:48:00 246 0

İranlı nazir Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə çağırıb

Azərbaycan və İran arasında əlaqələrin genişləndirilməsi iki ölkənin maraqlarının qorunmasına kömək edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Həsən Haşimi Tehranda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə deyib.

İranlı nazir qeyd edib: "Ölkələrimizin təhlükəsizlik və iqtisadiyyat sahələrində gələcək və cari maraqları əməkdaşlığın artırılmasından asılıdır. Bunun üçün müxtəlif imkanlar var".

Əczaçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsinə çağıran H.Haşimi bildirib ki, Ərdəbil, Təbriz və Urmiya şəhərlərindəki tibb universitetləri Azərbaycanla əməkdaşlığa hazırdır.