20 yanvarı xatırlayarkən… “Kapitan və Xəzər dənizi”filmi üzərinə düşüncələr


Digərləri 20 Yan 2026 18:25:00 53 0

20 yanvarı xatırlayarkən…   “Kapitan və Xəzər dənizi”filmi üzərinə düşüncələr

O gün mən hardaydım?!İllər sonra qanlı faciənin yaddaşımı oyatdığı bu sual Nizami kinoteratrında izlədiyim"Kapitan və Xəzər dənizi "ilə birgə baş qaldırdı. Otuz altı il əvvələ qayıtdım.

1990-cı ilin 20 yanvar günü Füzuli şəhərində oxuduğum məktəbdə sinif yoldaşlarımızla qəribə bir gecənin uğultusundan pıçıltı ilə danışırdıq. Nə olmuşdu,niyə televizor heç nə göstərmirdi?! 

Əyalət paytaxtda baş verən hadisənin miqyasından xəbərsiz, televiziya yayınının kəsilməsiylə gözündən kor,qulağından sağır olmuşdu. Amma batmış qulaq darı dəlirmiş kimi şübhəli,qorxulu bir hadisənin sorağında idi. İdi ki,19-dan 20-nə keçən gecə radio dalğalarında "Bakı qan içindədir" kəlmələri ilə fəryad qoparan "Azadlıq" radiostansiyasının Azərbaycan şöbəsində Mirzə Xəzəri silkələyən şair Bəxtiyar Vahabzadənin  hayqırtısını eşitmişdi. Və o səslə də yuxumuz ərşə çəkilmişdi. 

Bu xəbərin hələ ağlımızın dərk etmədiyi, gözümüzün görmədiyi bir fəhmlə sarsıntısından üşüyürdük. Soyuq yanvar gününün şaxtasından daha acı,daha kəskin şəkildə...

Qayıdaq bu günə... 36 ildə bir dəfə belə unudulmayan o günün bu ildönümünə... Şeirlər, bəstələr, ağılar, elegiyalar, nələr, nələr yazıldı. Rəsmlər,filmlər çəkildi. Yazılan, deyilən,çəkilən nə varsa hər biri özü-özünü  qırmızı qərənfillərlə yola salan qəhrəman, təpərli bir xalqın böyük oyanışından danışdı. Qərənfillər "gecəni atəş ilə qırmızı dan edən" məşum hadisənin şəhidlərini ağladı. Əzizə xanım ağbirçək ana kimi azadlıq uğrunda həyatını itirən balalarını bayatılarla uğurladı.Vətən şəhid köynəyindən özünə don biçdi, daha əzəmətli, daha vüqarlı oldu. Əyilmədi, sınmadı...

Örnək göstərməyə nə çoxdur nümunə,saymaqla bitməz. Amma bu gün 36 il sonra  fərqli bir məcrada animasiya dili ilə sənədlərlə danışan o filmi izlədik. "Kapitan və Xəzər dənizi".

Rejissor və ssenari müəllifi Türkan Hüseyn olan bu film həmin günlərə ithafən Xəzər gəmiçılərinin qəhrəmanlığına, cəsarətinə işıq tutdu. Günlərlə qara bayraqlar qaldırıb xalqın səsinə səsini qatan cəsur kapitan və 43 nəfərlik heyətdən danışdı. 

O heyətdən ki, var gücü ilə mübarizə apardı, Xəzər dənizində fit verən gəmilərlə qara bayraq qaldırıb əliyalın, günahsız insanların matəmini diri tutdular.

Film  animasiya ilə xronikanın vəhdətini daşıyırdı. Bu rejissorun yaradıcı heyətlə ortaya qoyduğu ekran işinin cazibəsi, bədii həlli idi.

Yenə 20 yanvardır. Yenə insanlar axın-axın müqəddəs Şəhidlər xiyabanını ziyarət edirlər. Yenə qərənfillər qırmızı rəngli xalı toxuyub, yerə döşəyib.

36 ildə çox şey dəyişib. Müstəqillik yolunda irəliləyən dövlətimiz güclənib, böyüyüb, böyük tarixi sınaqlardan keçib. Bu gün müqəddəs Şəhidlər xiyabanını həm də 44 günlük Zəfərin şərəfi ilə qəddimizi dik tutaraq ziyarət edirik. Ruhu şad olsun,qəhrəmanların!

Təranə Bakirqızı

Aİdən Qrenlandiyaya böyük maliyyə planı like
  • 20 Yan 18:21  
Dünya Aİdən Qrenlandiyaya böyük maliyyə planı

Avropa İttifaqı Qrenlandiyada investisiya fəaliyyətini genişləndirməyi pl

arrow Ətraflı
Soyuq havada bədəniniz bunlara reaksiya verirsə, diqqətli olun like
  • 20 Yan 18:00  
Digərləri Soyuq havada bədəniniz bunlara reaksiya verirsə, diqqətli olun

Soyuq allergiyasının əlamətləri əsasən bədənin açıq hissələrində -

arrow Ətraflı
Moskvada restoranlar kütləvi şəkildə bağlanır: bazarda ən böyük dalğa like
  • 20 Yan 17:38  
Dünya Moskvada restoranlar kütləvi şəkildə bağlanır: bazarda ən böyük dalğa

Moskva pandemiya dövründən bəri restoran və barların kütləvi şəkildə

arrow Ətraflı
Vaqif Allahverdiyevə hökm oxundu like
  • 20 Yan 17:25  
Digərləri Vaqif Allahverdiyevə hökm oxundu

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən, ABŞ-da yaşayan Vaqi

arrow Ətraflı
Zelenski Trampın “Sülh Şurası” ilə bağlı dəvəti açıqladı: Ukraynanın mövqeyi sərtdir like
  • 20 Yan 17:21  
Dünya Zelenski Trampın “Sülh Şurası” ilə bağlı dəvəti açıqladı: Ukraynanın mövqeyi sərtdir

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın təşəbb�

arrow Ətraflı
"Fitch" 20262027ci illər üzrə Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını verib like
  • 20 Yan 17:14  
Digərləri "Fitch" 20262027ci illər üzrə Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını verib

"Fitch Ratings" agentliyinin proqnozlarına əsasən, neft hasilatın�

arrow Ətraflı
Cəlilabadda intensiv yağışlar ciddi fəsadlara yol açıb like
  • 20 Yan 17:00  
Digərləri Cəlilabadda intensiv yağışlar ciddi fəsadlara yol açıb

Yerli sakinlər bildiriblər ki, ərazidə üç gündür yağış kəsilmir.

arrow Ətraflı
İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb like
  • 20 Yan 16:59  
Siyasət İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda

arrow Ətraflı
ABŞnin dövlət borcu rekord həddə çatdı like
  • 20 Yan 16:20  
Dünya ABŞnin dövlət borcu rekord həddə çatdı

ABŞ-nin dövlət borcu 2,25 trilyon dollar artaraq 38,5 trilyon dollar həddini

arrow Ətraflı
Prezident: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük like
  • 20 Yan 16:16  
Siyasət Prezident: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük

Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabit

arrow Ətraflı
Azərbaycan Prezidenti: Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur like
  • 20 Yan 16:14  
Siyasət Azərbaycan Prezidenti: Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur

Belə nüfuzlu mükafatı ("Zayed İnsan Qardaşlığı Mükafatı" -

arrow Ətraflı
Prezident: Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur like
  • 20 Yan 16:10  
Siyasət Prezident: Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur

Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyə

arrow Ətraflı
Təsadüfi çəkilişdə böyük mənzərə: 3 uşaqdan şəhidlərə hörmət like
  • 20 Yan 16:00  
Digərləri Təsadüfi çəkilişdə böyük mənzərə: 3 uşaqdan şəhidlərə hörmət

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq üç uşaq yağış alt

arrow Ətraflı