Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının maaşlarını artırdı


Siyasət 09 Mar 2018 18:29:00 241 0

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının maaşlarını artırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.