Bakıda saxta dollarlar yayılıb Qızıl mağazasını belə aldatdılar
Digərləri 19 Yan 2026 11:40:00 54 0
Bakıda dələduzluq hadisəsi qeydə alınıb.
Son.az xəbər verir ki, hadisə paytaxtda fəaliyyət göstərən qızıl satışı ilə məşğul olan mağazalardan birində baş verib.
Belə ki, 8 200 manat dəyərində qızıl sifarişi verilib və məhsulun ünvana kuryer vasitəsilə çatdırılması istənilib.
Məlumata görə, kuryer sifarişi Grand Həyat yaşayış kompleksinin qarajında təhvil verməli olub. Özünü müştəri kimi təqdim edən şəxs ödənişi dollarla edəcəyini bildirərək kuryeri aldadıb və ona ümumilikdə 4 900 ABŞ dolları məbləğində saxta pul təqdim edib.
Pulların saxta olduğu anlaşıldıqdan sonra mağaza müştəri ilə əlaqə saxlayıb. Lakin qarşı tərəf pulların saxta olduğunu inkar edərək kuryeri görüş yerinə geri çağırıb. Kuryeri və mağaza sahibini həmin ərazidə gözlədən şəxs, daha sonra onların nömrəsini bloka ataraq telefonu söndürüb.
Qeyd olunub ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Dələduzluq edən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Mağaza sahibi vətəndaşları diqqətli olmağa və alış-veriş zamanı milli valyuta ilə ödənişə üstünlük verməyə çağırıblar.
Mina Mikayılova Son.az
Sosial şəbəkələrdə yayılan video geniş diqqət çəkib.
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir.
Meyxanaçı-müğənni Samirə Yusifqızı "Öz aramızda" verilişini
Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyah
Pirəkəşkül və Ağdərədə 19-23 yanvar tarixlərində istismar müddəti b
Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilm
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni güclənd
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu
Füzuli icra başçısının müavinin əri sərxoş halda dini dəyərləri aş
Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar toqquşması
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetm�
