Onlara ikiqat maaş veriləcək


Digərləri 19 Yan 2026 10:56:00 79 0

Onlara ikiqat maaş veriləcək

Azərbaycan Prezidenti "Əmək Məcəlləsi"nə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir.

Son.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd edilib ki, vacib dəyişikliklərdən biri də, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır. Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək.

Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi.

Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək.

Ayxan

Son.az

Rəsmi Bakı İspaniyaya başsağlığı verdi like
  • 19 Yan 10:53  
Digərləri Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar toqquşması

arrow Ətraflı
Nazir generalın yerinə onu təyin etdi like
  • 19 Yan 10:51  
Digərləri Nazir generalın yerinə onu təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
İspaniyada iki qatar toqquşdu  39 ölü, 73 yaralı var like
  • 19 Yan 10:43  
Dünya İspaniyada iki qatar toqquşdu 39 ölü, 73 yaralı var

İspaniyanın cənubunda iki qatar toqquşub.

arrow Ətraflı
Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi like
  • 19 Yan 10:37  
Digərləri Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetm�

arrow Ətraflı
Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi like
  • 19 Yan 10:34  
Digərləri Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi

Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçı

arrow Ətraflı
Şahdağ Milli Parkının qış mənzərəsi like
  • 19 Yan 10:33  
Digərləri Şahdağ Milli Parkının qış mənzərəsi

Şahdağ Milli Parkının İsmayıllı bölməsinə reintroduksiya edilmiş nəc

arrow Ətraflı
"Nüşabənin, Gülüstanın evində oturub qeybətimi qırırsan, UTANMIRSAN? like
  • 19 Yan 10:23  
Şou-biznes "Nüşabənin, Gülüstanın evində oturub qeybətimi qırırsan, UTANMIRSAN?

Opera ifaçısı Taleh Yahyayev "Öz aramızda" verilişində qalmaqal

arrow Ətraflı
Polkovnikleytenant Sakit Niftiyev vəfat etdi like
  • 19 Yan 10:21  
Digərləri Polkovnikleytenant Sakit Niftiyev vəfat etdi

I Qarabağ müharibəsi qazisi, polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.

arrow Ətraflı
Elşad Xose azadlığa buraxıldı like
  • 19 Yan 10:21  
Şou-biznes Elşad Xose azadlığa buraxıldı

Tanınmış reper Elşad Xose həbsdən azadlığa buraxılıb.

arrow Ətraflı
Məşhur amerikalı rejissor öldü like
  • 19 Yan 09:59  
Şou-biznes Məşhur amerikalı rejissor öldü

Disney animasiyasının qızıl dövründə mühüm rol oynamış rejissor və h

arrow Ətraflı
Türk serialının yayım günü DƏYİŞDİ like
  • 19 Yan 09:30  
Şou-biznes Türk serialının yayım günü DƏYİŞDİ

Baş rollarında Seda Bakan və Uğur Güneşin yer aldığı serialın yayım q

arrow Ətraflı
Cəmilə Əməkdar artistlə efirdə söz savaşına çıxdı like
  • 19 Yan 09:19  
Şou-biznes Cəmilə Əməkdar artistlə efirdə söz savaşına çıxdı

Canlı yayım zamanı müğənni Cəmilə ilə Əməkdar artist Ruhəngiz Allahv

arrow Ətraflı
Çində əhalinin sayı AZALDI like
  • 19 Yan 09:09  
Dünya Çində əhalinin sayı AZALDI

Çində əhalinin sayı azalmaqda davam edir. 2025-ci ildə ölkə əhalisi 3,39

arrow Ətraflı
Hər kəs zibil deyib atır, amma sərvət qazandırır: Xarici ölkələr növbəyə düzülüb alır like
  • 19 Yan 08:41  
Digərləri Hər kəs zibil deyib atır, amma sərvət qazandırır: Xarici ölkələr növbəyə düzülüb alır

Mətbəxlərimizdə meyvə yeyərkən və ya yemək hazırlayarkən zibil qutusu

arrow Ətraflı
10 ildir ki, ən təhlükəsiz şəhərdir... like
  • 19 Yan 08:24  
Dünya 10 ildir ki, ən təhlükəsiz şəhərdir...

Əbu-Dabi yenə dünyanın ən təhlükəsiz şəhəri seçilib.

arrow Ətraflı