Tərkibində bu maddə olan materiallar Azərbaycanda qadağan edilir


Digərləri 19 Yan 2026 11:12:00 69 0

Tərkibində bu maddə olan materiallar Azərbaycanda qadağan edilir

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndiriləcək.

Son.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.

Bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olan məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının təklifi ilə asbestlə bağlı xəstəliklərin qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul edilib.

Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıq risklərinin qarşısını almaq üçün Avropa İttifaqı asbest və asbest məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və 2009-cu illərdə müvafiq direktivlər qəbul edib. 1999/77/EC nömrəli Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropa İttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan edilib.

BMT-nin "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.

"Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"nda (ölkəmiz bu konvensiyaya 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsul insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən prosedurlarla tənzimlənir.

Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Avtomobili duracağa aparılan sürücülərə MÜHÜM XƏBƏR like
  • 19 Yan 11:09  
Digərləri Avtomobili duracağa aparılan sürücülərə MÜHÜM XƏBƏR

Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilm

arrow Ətraflı
Metro sabah gücləndirilmiş rejimdə çalışacaq like
  • 19 Yan 11:09  
Digərləri Metro sabah gücləndirilmiş rejimdə çalışacaq

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni güclənd

arrow Ətraflı
“Avtomagistral” anlayışı dəyişir like
  • 19 Yan 11:07  
Digərləri “Avtomagistral” anlayışı dəyişir

"Yol hərəkəti haqqında" qanunda "avtomagistral" anlayı�

arrow Ətraflı
Almaz dövlət nəzarətinə keçir like
  • 19 Yan 11:03  
Digərləri Almaz dövlət nəzarətinə keçir

Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu

arrow Ətraflı
İcra başçısının müavinin əri sərxoş halda canlı açdı  Dini dəyərləri aşağıladı  VİDEO like
  • 19 Yan 11:03  
Digərləri İcra başçısının müavinin əri sərxoş halda canlı açdı Dini dəyərləri aşağıladı VİDEO

Füzuli icra başçısının müavinin əri sərxoş halda dini dəyərləri aş

arrow Ətraflı
Onlara ikiqat maaş veriləcək like
  • 19 Yan 10:56  
Digərləri Onlara ikiqat maaş veriləcək

Azərbaycan Prezidenti "Əmək Məcəlləsi"nə dəyişiklikləri təs

arrow Ətraflı
Rəsmi Bakı İspaniyaya başsağlığı verdi like
  • 19 Yan 10:53  
Digərləri Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar toqquşması

arrow Ətraflı
Nazir generalın yerinə onu təyin etdi like
  • 19 Yan 10:51  
Digərləri Nazir generalın yerinə onu təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
İspaniyada iki qatar toqquşdu  39 ölü, 73 yaralı var like
  • 19 Yan 10:43  
Dünya İspaniyada iki qatar toqquşdu 39 ölü, 73 yaralı var

İspaniyanın cənubunda iki qatar toqquşub.

arrow Ətraflı
Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi like
  • 19 Yan 10:37  
Digərləri Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetm�

arrow Ətraflı
Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi like
  • 19 Yan 10:34  
Digərləri Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi

Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçı

arrow Ətraflı
Şahdağ Milli Parkının qış mənzərəsi like
  • 19 Yan 10:33  
Digərləri Şahdağ Milli Parkının qış mənzərəsi

Şahdağ Milli Parkının İsmayıllı bölməsinə reintroduksiya edilmiş nəc

arrow Ətraflı
"Nüşabənin, Gülüstanın evində oturub qeybətimi qırırsan, UTANMIRSAN? like
  • 19 Yan 10:23  
Şou-biznes "Nüşabənin, Gülüstanın evində oturub qeybətimi qırırsan, UTANMIRSAN?

Opera ifaçısı Taleh Yahyayev "Öz aramızda" verilişində qalmaqal

arrow Ətraflı
Polkovnikleytenant Sakit Niftiyev vəfat etdi like
  • 19 Yan 10:21  
Digərləri Polkovnikleytenant Sakit Niftiyev vəfat etdi

I Qarabağ müharibəsi qazisi, polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.

arrow Ətraflı
Elşad Xose azadlığa buraxıldı like
  • 19 Yan 10:21  
Şou-biznes Elşad Xose azadlığa buraxıldı

Tanınmış reper Elşad Xose həbsdən azadlığa buraxılıb.

arrow Ətraflı