Prezident İlham Əliyev DSX əməkdaşlarının maaşlarının artırılması haqqında sərəncam imzalayıb


Siyasət 07 Mar 2018 18:43:00 211 0

Prezident İlham Əliyev DSX əməkdaşlarının maaşlarının artırılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.