Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq Gürcüstanın Baş naziri FOTO


Siyasət 07 Mar 2018 14:02:00 260 0

Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq  Gürcüstanın Baş naziri  FOTO

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstana səfəri zamanı Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

İqtisadyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə Giorgi Kvirikaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, enerji və nəqliyyat sahələrində birgə irimiqyaslı layihələr həyata keçirilir və bu layihələr iştirakçı ölkələrə böyük fayda gətirir.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qonşu Gürcüstanla əməkdaşlığın inkişafını qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Ölkələrimizin iqtisadi-ticarət, investisiya, turizm, sosial və s. sahələrdə əməkdaşlığını qeyd edən Şahin Mustafayev nəqliyyat-tranzit və yükdaşımalar sahəsində əlaqələrin genişləndiyini, Azərbaycanda yaradılmış əlverişli infrastrukturun yük daşımalarının daha da artırılmasına, nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğulayıb. Bu sahədə Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayan nazir Şahin Mustafayev layihənin yükdaşıma sahəsi ilə yanaşı, sərnişindaşıma və turizimin inkişafında da əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Yusif Nəsirli Son.az


Xəbərə aid foto