Azərbaycan və Belarus arasında ikitərəfli sənədlər imzalanacaq


Siyasət 05 Mar 2018 14:59:52 272 0

Azərbaycan və Belarus arasında ikitərəfli sənədlər imzalanacaq

Səfir: "Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin ilk yarısında Belarusa rəsmi səfər planlaşdırılır"

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin ilk yarısında Belarusa rəsmi səfər planlaşdırılır. 

"Report"un məlumatına görə, bunu jurnalistləriə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.

Səfirin sözlərinə görə, səfərin may-iyun aylarında reallaşdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, səfər çərçivəsində sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və birjalar arasında əməkdaşlıq sahələrinə aid 10-a yaxın ikitərəfli sənədin imzalanması gözlənilir.