"Azərbaycan və Mərakeş bir sıra sahələrdə əməkdaşlığı davam etdirəcəklər"


Siyasət 05 Mar 2018 14:38:00 258 0

"Azərbaycan və Mərakeş bir sıra sahələrdə əməkdaşlığı davam etdirəcəklər"

"Azərbaycan və Mərakeş bir sıra əsas sahələrdə əməkdaşlığı davam etdirəcəklər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov qeyd edib: "Biz kənd təsərrüfatı, energetika sahələrində əməkdaşlığı, həmçinin ölkələrimizin özəl sektorlarının nümayəndələri arasında əməkdaşlığın zəruriliyini müzakirə etdik".

Nazir vurğulayıb ki, Mərakeş və Azərbaycan beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində bir-birinə böyük dəstək verir.

Qeyd edək ki, Azərbaycanla Mərakeş Krallığı arasında diplomatik münasibətlər 1992-ci ilin dekabrında qurulub.