Kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi sahələri işçilərinin əməkhaqları artırılıb


Siyasət 03 Mar 2018 18:10:02 374 0

Kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi sahələri işçilərinin əməkhaqları artırılıb

Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.