Bütün ölkələrin pendirlərinin dadına baxmaq istəyən azərbaycanlı rəssam


Kriminal 02 Mar 2018 22:26:00 314 0

Bütün ölkələrin pendirlərinin dadına baxmaq istəyən azərbaycanlı rəssam

Aynur Rüstəmova: "Həyat yoldaşım işdən gəlib görsə ki, rəsmə görə yemək bişirməmişəm..." 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Hərdən metroda, avtobusda kimisə görüb rəsmini çəkməyə başlayıram. Həmin vaxt adama qəribə baxsalar da, çalışıram yad baxışları çox vecimə almayım. Çünki düşünürəm ki, bir şeyi cəmiyyətə qəbul etdirmək üçün komplekslərini kənara atmalısan. Artıq əksəriyyət buna öyrəşib, əvvəlki sərt reaksiyaları səmimi gülüşlər əvəz edib. Hərdən də elə olur ki, rəsmini  çəkdiyin yerdə həmin adam avtobusdan düşür və iş yarımçıq qalır".     Bu sözləri bizimlə söhbətində gənc rəssam Aynur Rüstəmova dedi. Onunla ilk tanışlığım sosial şəbəkədə olsa da, pozitiv-əhval ruhiyyəsi ilə tez bir zamanda diqqətimi çəkdi. Azadlığına həddən ziyadə düşkün olduğu da, hər halından bəlli idi.   "İlk dəfə hədiyyə olaraq onun rəsmini çəkmişdim"   Qeyd edim ki, A.Rüstəmova 1989-cu ildə Goranboy rayonunun Qızılahacılı kəndində anadan olub. Orta məktəbi  bitirəndən sonra ailəsi fikirləşir ki, onun ali təhsil almağa fiziki gücü çatmaz. Bu baxımdan ailədə bir qədər tərəddüd yaranır. Beləliklə, qərara gəlirlər ki, onu pianino sahəsinə yönəltsinlər, necə deyərlər qız uşağının əsl sənəti müəllimlikdir. Gedib dərsini keçib, evinə gələr. Həm də o vaxt gələcək rəssamın özünün pianinoya böyük marağı olur. Amma iş elə gətirir ki, Konservatoriya imtahanından keçə bilmir. Nəticədə Azərbaycan Dillər Universitetinin fransız dili bölməsinə yönəlir. Könülsüz olaraq siyasət oxuyan Aynur deyir ki, indi buna görə peşman deyil. Çünki ali təhsil ona çox şey öyrədib. İmkanlardan istifadə edib məntiq, fəlsəfə, psixologiya öyrənə bilib. Bundan başqa, fransız dilini yaxşı öyrənmək imkanı olub. Amma incəsənətdən heç cür qopa bilməyib: "Universitetdə oxuya-oxuya cızma-qara etməyə başladım. Əslində, rəssamlığa keçid etməyimin əsas səbəbi və motivasiya qaynağım həyat yoldaşım olub. İlk dəfə hədiyyə olaraq onun rəsmini çəkmişdim. İşin üstünə ciddi düşməyimə də o səbəb oldu. Mənə dedi ki, müəllim yanına get və yavaş-yavaş başla. Beləcə, rəsmi davam etdirmək qərarına gəldim. Universiteti bitirəndən sonra rəssamlığa yönəldim".  Rəssamlığın təhsilini almaq barədə qərarsız olduğunu söyləyən fırça ustası bu barədə çox götür-qoy edib: "Arada Akademiyada təhsil alan uşaqlarla bu barədə söhbətləşirəm, amma bir yandan da bu işə girişmək istəmirəm. Düzdür, təzə başlayanda rəssam yanına hazırlığa getdim, amma orada çox qala bilmədim. Çünki qarşına nəyisə qoyurlar ki, bunu çəkməlisən, məcburiyyət isə mənlik deyil. Xarakterimdən dolayı sərbəst, azad olmağı sevirəm. Həmçinin, mənə görə bir şeyi kimdənsə öyrənməkdənsə, araşdıraraq mənimsəmək daha faydalıdır. Bu, bəzən çox vaxt aparır, istədiyin mərhələyə gec çatırsan. Amma nə vaxtsa ali təhsil almaq istəsəm, yəqin ki, xarici ölkələrin birində olacaq. Fransa məni həmişə incəsənəti ilə cəlb edib. Dili də bildiyimə görə, seçim etməli olsam, ora üz tutaram".


Xəbərə aid fotolar