Moskvadan Bakıya gələn sərnişinin çantasından ov bıçaqları çıxdı


Kriminal 02 Mar 2018 11:21:00 429 0

Moskvadan Bakıya gələn sərnişinin çantasından ov bıçaqları çıxdı

Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb. Nəticədə vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib.