Probasiya qurumları dövlət orqanları aparatının və onun bölmələrinin adları siyahısına daxil edilib


Siyasət 02 Mar 2018 01:03:05 289 0

Probasiya qurumları dövlət orqanları aparatının və onun bölmələrinin adları siyahısına daxil edilib

Bu barədə sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb

Nazirlər Kabinetinin “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “İcra qurumları (şöbələri), bölmələri, qrupları” sözləri “İcra və probasiya qurumları” sözləri ilə əvəz edilib.