ABŞ Azərbaycanda layihələr üçün vergi güzəştləri istəyir


Siyasət 01 Mar 2018 08:03:00 250 0

ABŞ Azərbaycanda layihələr üçün vergi güzəştləri istəyir

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birmanın Azərbaycana üçgünlük səfəri başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, Birmanın səfərinin məqsədi USAID və Azərbaycanın əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

"Azərbaycan və ABŞ uzun illər ərzində fəal əməkdaşlıq edir. Azərbaycanın dövlət strukturlarının nümayəndələri ilə bir neçə görüş zamanı vergi güzəştlərinin verilməsi məsələsini də müzakirə etdik", deyə Birman bildirib.

Onun sözlərinə görə, güzəşt məsələsi hələlik həllini tapmasa da, USAID və Azərbaycan əməkdaşlığı davam etdirirlər və tərəflər hazırda bir neçə layihə üzərində işləyir: "Sözsüz, biz Azərbaycanda bəzi layihələrdə əhəmiyyətli nəticələr əldə etmişik, lakin USAID-in ölkədə bütün layihələrinin tam icrası dövlət strukturları ilə həll etməli olduğumuz məsələlərə görə ləngiyir".