Xalq artisti: "Çəkilişdə hamıya demişdi ki, bu qıza söz atmayın, onunla evlənəcəyəm" FOTO


Kriminal 28 Fev 2018 21:18:00 257 0

Xalq artisti: "Çəkilişdə hamıya demişdi ki, bu qıza söz atmayın, onunla evlənəcəyəm"  FOTO

Xalq artisti Elmira Şabanova Son.az-a açıqlamasında həyat yoldaşı Rüfət Şabanovdan danışıb.

Aktrisa bildirib ki, həyat yoldaşı onu 40 yaşına kimi filmlərdə çəkilməyə qoymayıb.

"Rüfət Şabanov rejissor Tofiq Tağızadə ilə birlikdə "Əsl dost" filmini çəkirdi. Mənə də orda kiçik bir rol təklif etmişdilər. Amma bilirdim ki, atam filmdə çəkilməyimə razı olmayacaq. Bunu Rüfətə deyəndə o özü gedib həm atamdan, həm də anamdan razılıq almışdı. O artıq çəkilişlərdə mənə "göz" qoymuşdu, hamıya tapşırmışdı ki, bu qıza söz atmayın, onu alacağam. Mənim təbii ki, bütün bunlardan xəbərim yox idi. Rüfət məndən 18 yaş böyük idi. Mən onunla evlənəndə bilmirdim ki, məni filmlərdə çəkilməyə qoymayacaq. O mənə söz verdi ki, 40 yaşından sonra sənə filmdə çəkilməyə icazə verəcəyəm. Dediyi kimi də etdi. 40 yaşımdan sonra məni ilk dəfə öz filminə çəkdi", - deyə aktrisa bildirib.


Xəbərə aid fotolar