İrandan Azərbaycana keçirilən narkotiki it tapdı


Kriminal 28 Fev 2018 14:45:00 240 0

İrandan Azərbaycana keçirilən narkotiki it tapdı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Son.az-a verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı, xidməti it avtobusun iki sərnişin oturacağına reaksiya verib. Xidməti itin reaksiyasına əsasən, həmin oturacaqların ətrafı əsaslı yoxlanılıb.