Azərbaycan və CAR arasında anlaşma memorandumu imzalandı FOTO


Siyasət 28 Fev 2018 14:14:00 313 0

Azərbaycan və CAR arasında anlaşma memorandumu imzalandı  FOTO

Azərbaycan Cənubi Afrika Respublikası (CAR) ilə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların genişləndirilməsində maraqlıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov CAR-ın investisiya imkanlarının təqdimatına həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, iki ölkə arasında iqtisadiyyat sahəsində əməkdaşlıq təcrübəsi var:

"Azərbaycanda CAR-ın beş şirkəti qeydiyyata alınıb və iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Eyni zamanda, biz bu əməkdaşlığın genişlənməsində maraqlıyıq. Bu sahədə fərdi biznesin üzərinə böyük rol düşməlidir".

Daha sonra AZPROMO ilə CAR-ın Türkiyə və Azərbaycandakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb.

Sənədi AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və CAR səfiri Pule İsaak Malefane imzalayıb.


Xəbərə aid fotolar