Avropa Parlamentində keçirilən erməni tədbiri iflasa uğradıldı


Siyasət 28 Fev 2018 08:26:00 227 0

Avropa Parlamentində keçirilən erməni tədbiri iflasa uğradıldı

27 fevral tarixində erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir Azərbaycanlı gənclərin səyləri nəticəsində iflasa uğradılıb.

Son.az Trend-ə istinadən bildirir ki, sırf propaqanda xarakteri daşıyan tədbirdə erməni millətçiləri və işğalçı rejimin təmsilçiləri ilə birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatı Lars Adaktusson, tanınmış ermənipərəst S. Markedonov ve digər bu kimi "müstəqil mütəxəssislər" iştirak ediblər.

Tədbir zamanı çıxışçıların gülünc fikirlərinə etiraz əlaməti olaraq, Azərbaycanlı gənclər "Xocalıya ədalət" şüarının əks olunduğunu plakat qaldırıblar. Tədbirin təşkilatçıları Azərbaycanlı gənclərə hücum çəkərək kobudcasına plakatı onların əllərindən almağa çalışıb, çaxnaşma yaradıblar.

Zalda olan Azərbaycanlı gənclərin çıxışlarında Xocalı soyqırımını törətmiş, Azərbaycanlılara qarşı etnik təmizləmə aparmış Ermənistanın münaqişədə işğalçı mövqeyi ifşa edilib, bu səpgidə suallar ünvanlandırılıb. Tədbirin gedişatının ermənilərin nəzarətindən çıxdığını görən təşkilatçılar hətta onun social şəbəkələr vasitəsilə canlı yayımını dayandırmağa məcbur olublar.

Beləliklə, erməni diasporunun Avropa Parlamentinin binasında keçirilmiş "yığıncağını" beynəlxalq konfrans kimi təqdim etmək cəhdləri vətənpərvər Azərbaycan gənclərinin mütəşəkkil səyləri sayəsində tam iflasa uğrayıb.