Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi


Siyasət 27 Fev 2018 22:41:00 248 0

Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi

Azərbaycan-Ermənistan dövlət sərhədində erməni kəndinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər növbəti dezinformasiyadır.

Son.az bilditrir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

"Bu ermənilərin növbəti dezinformasiyasıdır. Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar", - deyə Müdafiə Nazirliyinin şərhində bildirilir.

Qeyd edək ki, bu gün erməni mətbuatında Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin kəndlərindən birinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə xəbər yayılıb.