Turizm şirkətləri Musiqili Teatrla birlikdə


Kriminal 27 Fev 2018 18:48:00 230 0

Turizm şirkətləri Musiqili Teatrla birlikdə

Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq barədə ötən il start verdiyi layihəni bu il də uğurla davam etdirir.

Qurumun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Teatrın rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri "dəyirmi masa" arxasında görüş keçirib.

Səmimi şəraitdə keçən görüşdə Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə yanaşı, "Baku Travel-Tourism", "ALDE Tour", "Aristokrat Travel", "E&C Travel", "Zdtravel", "Zenit tour", "İntravel" və digər turizm şirkətlərinin  nümayəndələri  də iştirak ediblər. 

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq belə işgüzar münasibətlərin mədəni turizmin inkişafına daha böyük töfhələr verəcəyinə ümidvar olduğunu bildirib: "Təklif edərdim ki, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın möhtəşəm binasını da əlavə edəsiniz. Əminəm ki, Musiqili Teatr öz maraqlı tamaşaları və tarixi baxımdan qədimliyi ilə yanaşı, müasir üslubda yenidən qurulan binası ilə də turistlərin diqqətini cəlb edəcək.  Mədəniyyətimizin təbliği baxımından bu istiqamətdə əməkdaşlığımızı genişləndirsək, daha uğurlu layihələrə imza ata bilərik".


Xəbərə aid fotolar