Prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168ə çatıb


Siyasət 27 Fev 2018 17:07:00 241 0

Prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168ə çatıb

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatıb.

Mİlli.Az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasından bildirilib.

Bildirilib ki, müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 132-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.

Bütün müraciətlərə müsbət cavab verilib.