İstirahət günləri 58 nəfər saxlanılıb


Kriminal 26 Fev 2018 08:59:00 229 0

İstirahət günləri 58 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 243 cinayət faktı qeydə alınıb, onların da 41-i "isti izlər"lə açılıb.

DİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata əsasən, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 15-nin açılması təmin olunub.

Qeyd olunur ki, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.