Ölümündən 2 il ötdü...


Kriminal 25 Fev 2018 11:30:00 224 0

Ölümündən 2 il ötdü...

Xalq artisti İlhamə Quliyevanın ölüm indönümüdür. 

Son.az axşam.az-a istinadən bildirir ki, mərhum müğənni 73 yaşında dünyasını dəyişib. 

İ.Quliyeva 1943-cü ildə Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.