Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək


Siyasət 24 Fev 2018 13:24:16 194 0

Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soylu Bakı Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.