Ukraynada azərbaycanlı quldurmafioz saxlanıldı Azərbaycan axtarışa verib FOTO


Kriminal 23 Fev 2018 21:15:00 249 0

Ukraynada azərbaycanlı quldurmafioz saxlanıldı  Azərbaycan axtarışa verib  FOTO

Ukraynada Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində kriminal qruplaşmalardan birinin lideri olan Azərbaycan vətəndaşını yaxalayıb. 

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirir.

"Azərbaycan bu cinayətkarı ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən mütəşəkkil cinayətkar dəstənin tərkibində odlu silah tətbiq etməklə quldurluq əməli törətməyə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq axtarışa verib"-deyə məlumatda deyilir.


Xəbərə aid fotolar