Qonşusu ilə ədavəti olan şəxs onun silahını oğurladı VİDEO FOTO


Kriminal 23 Fev 2018 15:28:00 289 0

Qonşusu ilə ədavəti olan şəxs onun silahını oğurladı  VİDEO  FOTO

Abşeron rayon Xırdalan şəhəri 28-ci məhəllədə yaşayan Feyzulla Müslümov rayon polis idarəsinə məlumat verib ki, yaşadığı evdən 2 ədəd ov silahı oğurlanıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinənləri yaxalayıblar. Məlum olub ki, saxlanılanlardan Süleyman Səmədov zərərçəkmişin qonşusu olub. Digəri isə əvvəllər 2 dəfə həbs edilən Fuad Əliyevdir. Polis odlu silahları onlardan aşkar edərək götürüb. Dindirmə zamanı Süleyman Səmədov hadisəni qisas almaq məqsədi ilə törətdiyini deyib. Süleyman Səmədov - Saxlanılan şəxs: "Silahla məni qorxudurdu. Mən də dedim ki, mən silahla qorxmuram. İki nəfərlə üstümə düşüb kəllə vurdular. Mən də dedim silahını, pulunu apararam. Pul istəyirdik, silah çıxdı götürdük". Fuad Əliyev - Saxlanılan şəxs: "Daxil olub silahları götürdüm. Silahları evə aparmadım, gizlətdim. Evdən çıxanda da tutdular". Faktla bağlı saxlanılan şəxslərlə bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar