Azərbaycanın “Qırmızı Kitabı” haqqında əsasnaməyə dəyişiklik edilib


Siyasət 23 Fev 2018 00:12:53 257 0

Azərbaycanın “Qırmızı Kitabı” haqqında əsasnaməyə dəyişiklik edilib

“Elmi tədqiqat təşkilatları” sözləri “elmi müəssisə və təşkilatları” sözləri ilə əvəz edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında əsasnamədə dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə sənədi Baş nazir Artir Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında Əsasnamə”nin I bölməsinin 4-cü hissəsində “elmi tədqiqat təşkilatları” sözləri “elmi müəssisə və təşkilatları” sözləri ilə əvəz edilib.