Qarabağda 9 erməni əsgəri öldü


Siyasət 22 Fev 2018 23:34:00 266 0

Qarabağda 9 erməni əsgəri öldü

İl başlayandan fevralın 22-dək Ermənistan Silahlı Qüvvələrinin 9 hərbçisi Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində naməlum şəraitdə ölüb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu haqda məlumatı Ermənistan KİV-i yayıb.

Qeyd edək ki, fevralın 22-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir əsgəri, 1998-ci il təvəllüdlü Qrigor Yeqoyan müəmmalı şəkildə ölüb.