Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur:


Siyasət 22 Fev 2018 19:24:00 128 0

Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur:

Müəllif: Gülşən Paşayeva (Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini )

Bu il fevralın 9-da Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçirilib. İclasın gündəliyində hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, bir sıra ciddi məsələlər var idi.

1994-cü ilin mayında bu münaqişənin tərəfləri arasında atəşkəs razılaşması əldə olunub. O vaxtdan keçən 20 ildən artıq bir dövrdə Azərbaycanın 2, Ermənistanın isə 3 prezidenti münaqişəsinin sülh yolu ilə həlli danışıqlarında iştirak edib. Lakin problem hələ də həll olunmayıb.

Hər bir sülh razılaşmasının imzalanması üçün ən vacib şərt ümumi gələcək naminə aydın planın hazırlanmasıdır. Məsələn, vaxtilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev ilə Levon Ter-Petrosyan belə etmişdilər. 1997-ci ildə onlar Dağlıq Qarabağ münaqişəsini mərhələli həll yolu ilə sona çatdırmağa hazır idilər. Amma Ermənistan hökumətinin təzyiqləri üzündən dövlət başçısı 1998-ci ilin fevralında istefa vermək məcburiyyətində qaldı. Bunda bir neçə həftə sonra Robert Koçəryan Ermənistan prezidenti seçildi. O vaxtadək Koçaryan ölkənin baş naziri və qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" olmuşdu.

Sonralar ermənistan təxminən 20 il ərzində Robert Koçəryanla Serj Sarqsyan tərəfindən idarə olundu. Onların hər ikisi qondarma "Dağlıq Qarabağ Respublikası"nı təmsil edirlər.  

Onlar hakimiyyətə gələr-gəlməz Dağlıq Qarabağın Azərbaycana tabe olmasına razılıq verməyəcəklərini bəyan ediblər. Məhz bu üzdən bütün ötən dövrdə danışıqlar prosesində uğur əldə etmək mümkün olmayıb. Beləliklə, illər ərzində danışıqların nəticə verməməsi, həmçinin təmas xəttinin hərbiləşməsi münaqişə tərəflərinin mövqeyinin daha da sərtləşməsilə nəticələnib.

2014-cü ildən etibarən təmas xəttində gərginlik daha da artıb. 2016-cı il aprelin əvvəllərində isə tərəflər arasında son illərin ən dəhşətli və genişmiqyaslı hərbi əməliyyatı baş verib. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri ilk dəfə işğal altında olan strateji yüksəkliklərinin bəzilərini azad edib.

Bundan sonra Rusiyanın səyilə tərəflər arasında atəşkəs bərpa olunub və danışıqlar prosesi gücləndirilib. Az sonra Azərbaycan və Ermənistanın dövlət başçıları arasında yüksək səviyyəli görüşlər də keçirilib. İki ölkə prezidentləri 2016-cı ilin mayında Vyanada, həmin ilin iyununda Sankt-Peterburqda, 2017-ci ilin oktyabrında isə Cenevrədə görüşüblər.

Bundan başqa, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə 2017-ci il dekabrın 6-da Vyanada, 2018-ci il yanvarın 18-də Krakovda danışıqlar aparıb.

Bir sözlə, son dörlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda müəyyən müsbət dinamika müşahidə olunurdu. Məsələn, dövlət başçılarının Cenevrə görüşü konstruktiv ab-havada keçib. Onlar danışıqlar prosesinin gücləndirilməsi, təmas xəttində gərginliyin azaldılması məqsədilə əlavə addımların atılması haqda razılığa gəliblər.

Lakin S.Sarqsyanın Cenevrə görüşündən sonra, yəni oktyabrın 16-da ölkəsinin İsveçrədəki səfirliyində erməni icmasının üzvləri ilə görüşü zamanı veriyi bəyanat danıqlar prosesinə öz mənfi təsirini göstərib. Ermənistan prezidenti deyib ki, "bizim üçün problemin məqbul sayılacaq yeganə həll yolu Qarabağın Azərbaycanın tərkibdən çıxmasıdır və heç bir erməni lider başqa həll yolunu qəbul edə, onu həyata keçirə bilməz". Bu yanaşma Qarabağda anadan olmuş Ermənistan prezidentinin sərt mövqeyini, onun kompromisə hazır olmadığını bir daha nümayiş etdirir.

S.Sarqsyan yanvarın 23-də Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri ilə görüşündə, yanvarın 24-də isə Avropa Şurası Parlament Assambelyasının plenar iclasında da bəyan edib ki, "Dağlıq Qarabağ xalqı azadlığı və müqəddəratını təyin etmə hüququ uğrunda mübarizə aparır və Azərbaycan "Artsax"ın müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşmalı, onu qəbul etməlidir".

Bu bəyanat iki ölkənin xarici işlər nazirlərinin Krakov görüşündən sonra səsləndirilib. Nazirlər həmin görüşdən sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı konseptual sənədlər haqda razılığa gəldiklərini bəyan etmişdilər. Onlar hazırda masa üzərində olan həssas məsələlər haqda da fikir mübadiləsi aparmışdılar.  

Digər tərəfdən, Dağlıq Qarabağ əsilli Ermənistan prezidenti hesab edir ki, müqəddəratı təyinetmə hüququ yaxşı vasitədir və bundan gələcəkdə regionun Azərbaycandan ayrılması üçün hüququ əsas kimi istifadə etmək olar. Lakin aydındır ki, müqəddəratı təyinetmə hüququ bir neçə obyektiv səbəbə görə Dağlıq Qarabağa tətbiq oluna bilməz.

Birincisi, təhlükəsizlik məsələləri üzrə avropalı ekspertin - Popyanevskinin də dediyi kimi, Azərbaycan Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin hüquqlarını müntəzəm olaraq pozmayıb. Halbuki, bu regionda və onun hüdudlarından kənarda yaşamış azərbaycanlıların hüquqları artıq 25 ildən artıqdır ki, erməni separatçıları tərəfindən pozulur.

İkincisi, müasir beynəlxalq hüquq normalarında göstərilmiş ənənəvi dövlətçilik meyarlarına əsasən, bu regionda yeni dövlət yaradıla bilməz. Çünki Dağlıq Qarabağ 1933-cü ildə qəbul olunmuş Montevideo Konvensiyasının 3 əsas prinsipinə uyğun gəlmir: onun sabit sərhədləri, daimi əhalisi və ən əsası, effektli və müstəqil idarəçiliyi yoxdur.

Üçüncüsü, nə Sovet İttifaqı Konstitusiyasını, nə də bu ölkənin bölünməsi haqda 1990-cı ildə qəbul olunmuş qanunu Dağlıq Qarabağın Azərbaycandan ayrılması hüququnun dəstəklənməsi kimi şərh etmək olar. Dağlıq Qarabağ ermənilərinin Azərbaycan daxilində müqqədəratı təyin etmə hüququ var, Azərbaycan da öz ərazisi daxilində bu regiona yüksək səviyyəli özünüidarə hüququ verməyə hazırdır.

Ermənistanın birinci prezidenti Levon-Ter Petrosyan hesab edirdi ki, Azərbaycanla Dağlıq Qarabağla bağlı kompromisin əldə olunması onun ölkəsinin uzunmüddətli strateji maraqlarına uyğundur. Lakin görünür, ondan fərqli olaraq S.Sarqsyan bunu anlamır. Onun üçün Dağlıq Qarabağın maraqları Ermənistanın maraqlarından üstündür. Buna görə də S.Sarqsyan status-kvonu qorumağa çalışır. Lakin Ermənistan prezidentinin hazırkı status-kvodan fayda əldə edəcəyi şübhə doğurur. Çünki bu, ona baha başa gəlir.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya, həmçinin bu qrupun daimi üzvləri olan Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə və Belarus bu münaqişənin siyasi həllinin sürətləndirilməsi üçün lazımi addımlar atmalıdır.

Popyanevskinin qeyd etdiyi kimi, ortaya Dağlıq Qarabağ və ona bitişik rayonların Ermənistan tərəfindən işğal edildiyinə dair vahid, ciddi mövqe qoyulmalıdır: "Bu, təkcə Ermənistan hərbi birləşmələrinin regiondan çıxarılması ilə nəticələnməyəcək, həm də regiondakı hazırkı vəziyyətin müvəqqəti olduğunu göstərəcək. Bu məsələdə əsas hədəf Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin regiona qayıdışını təmin etməkdir. Bu mövqe regionda işğalçı qüvvə olan Ermənistanın humanitar öhdəliklərinə də aydınlıq gətirəcək".

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Yulian Naqelsman 2019-cu ildə iş yerini dəyişə bilər like
  • 22 Fev 19:23  
İdman Yulian Naqelsman 2019-cu ildə iş yerini dəyişə bilər

"Hoffenheim"ın baş məşqçisi Yulian Naqelsman 2019-cu ilin yayında po

arrow Ətraflı
Azərbaycanda onların sayı açıqlandı like
  • 22 Fev 19:20  
Digərləri Azərbaycanda onların sayı açıqlandı

Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

arrow Ətraflı
Məhbuslar nəzarətçini xilas etdilər  VİDEO like
  • 22 Fev 19:18  
Dünya Məhbuslar nəzarətçini xilas etdilər VİDEO

ABŞ Ueterford şəhərində keçmiş həbsxana nəzarətçisi infarkt keçirən

arrow Ətraflı
Əcaib moda şousu: kəsik başlar, maskalar, əjdahalar  FOTO like
  • 22 Fev 19:06  
Digərləri Əcaib moda şousu: kəsik başlar, maskalar, əjdahalar FOTO

İtaliyanın Milan şəhərində keçirilən "Milan Fashion Week"də &

arrow Ətraflı
Moskvanın yeni hava limanından Bakıya uçuşlar bərpa edilir like
  • 22 Fev 19:05  
Digərləri Moskvanın yeni hava limanından Bakıya uçuşlar bərpa edilir

Rusiyanın “Pegas Fly” (İkar) aviaşirkəti martın 1-dən başlayaraq qı

arrow Ətraflı
"Nar" "İlin mobil operatoru" mükafatına layiq görüldü like
  • 22 Fev 19:02  
Digərləri "Nar" "İlin mobil operatoru" mükafatına layiq görüldü

"Nar" 21 fevral 2018-ci il tarixində "Navigator Business Awards&

arrow Ətraflı
İlin əvvəlindən Ermənistanın 9 hərbçisi Qarabağda ölüb like
  • 22 Fev 19:01  
Siyasət İlin əvvəlindən Ermənistanın 9 hərbçisi Qarabağda ölüb

Bu gün daha bir əsgər müəmmalı şəkildə ölüb

arrow Ətraflı
""Google"u ilk dəfə sultan Əbdülhəmid icad edib" like
  • 22 Fev 19:00  
Dünya ""Google"u ilk dəfə sultan Əbdülhəmid icad edib"

Türkiyənin Sakarya Universitetinin fənn-ədəbiyyat fakültəsinin tarix böl

arrow Ətraflı
Naxçıvan MRdə heyvandarlığın inkişafına 3 milyon manat ayrılıb like
  • 22 Fev 18:57  
Siyasət Naxçıvan MRdə heyvandarlığın inkişafına 3 milyon manat ayrılıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Naxçıvan M

arrow Ətraflı
Sabah Bakının bu hissəsində içməli su olmayacaq like
  • 22 Fev 18:52  
Digərləri Sabah Bakının bu hissəsində içməli su olmayacaq

Bakının Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun veri

arrow Ətraflı
"Barcelona" Roberto ilə müqaviləsini yenilədi like
  • 22 Fev 18:52  
İdman "Barcelona" Roberto ilə müqaviləsini yenilədi

Serji Roberto "Barcelona" ilə müqaviləsini yeniləyib. Goal.az xəbər ve

arrow Ətraflı
Naxçıvan MR-də heyvandarlığın inkişafına 3 milyon manat ayrılıb like
  • 22 Fev 18:51  
Digərləri Naxçıvan MR-də heyvandarlığın inkişafına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında heyvandarlığın in

arrow Ətraflı
Kiyevdə Moskvanın "izləri" silinir like
  • 22 Fev 18:50  
Dünya Kiyevdə Moskvanın "izləri" silinir

Kiyev Şəhər Şurası bu gün paytaxtda "Moskva körpüsü"nün adı

arrow Ətraflı