6 bıçaq zərbəsi alan yaralı,


Kriminal 22 Fev 2018 12:12:00 239 0

6 bıçaq zərbəsi alan yaralı,

Quba sakini  ölümdən son anda dönüb.

Rayon sakini, 26 yaşlı Rəşad Hacıyev tanışı Orxan Süleymanovla mübahisə edib. Daha sonra isə üzərində gəzdirdiyi bıçaqla Süleymanovu öldürmək məqsədilə ona 6 zərbə vurub. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Orxan Süleymanov yaralı vəziyyətdə hadisə yerindən qaçaraq özünü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlər zərərçəkəni dərhal əməliyyat edərək həyati təhlükəsini aradan qaldırıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Rəşad Hacıyev saxlanılıb. Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb.


Xəbərə aid foto