XİN: Xocalı faciəsi günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var


Siyasət 22 Fev 2018 11:29:50 257 0

XİN: Xocalı faciəsi günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var

Hikmət Hacıyev: "Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmalıdır"

Xocalı faciəsində törədilən cinayətlərin günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün istifadə olunan gücün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilməyəcəyini başa düşməlidir. 

"Status-kvo qəbuledilməzdir və Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxarılmalıdır", - XİN-in mətbuat xidmətinin rəhbəri deyib.