Camaatın malqarasını oğurlamaqla borcunu ödəyirmiş


Kriminal 21 Fev 2018 13:46:00 241 0

Camaatın malqarasını oğurlamaqla borcunu ödəyirmiş

Şəki rayonu Sarıca kənd sakini Anar Əliyev Şəki ŞRPŞ-nin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 18-də ona məxsus evin həyətyanı sahəsindəki tövlədən 2 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalarla onun Naftalan Şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Paşayev olduğu müəyyən edilib. O.Paşayev ifadəsində oğurluq yolu ilə əldə etdiyi heyvanları bazarda tanımadığı şəxslərə sataraq əldə etdiyi pulun çox hissəsini borclu olduğu, əvvəllər məhkum olunmuş Goranboy rayon sakini Laçın Əzimova verdiyini bildirib.