Fransa XİN: Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcəyik


Siyasət 21 Fev 2018 10:07:00 263 0

Fransa XİN: Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcəyik

Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb

“Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

“Biz münaqişə tərəflərini bu istiqamətdə məsuliyyətli fəaliyyət göstərməyə, xüsusi ilə vəziyyəti gərginləşdirə biləcək addımlar atmamağa çağırırıq”, - Fransa XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun üç həmsədr (ABŞ və Rusiya ilə birlikdə) ölkəsindən biridir.