Azərbaycanın Batumidə yeni baş konsulu təyin edilib


Siyasət 19 Fev 2018 19:00:00 275 0

Azərbaycanın Batumidə yeni baş konsulu təyin edilib

Prezident İlham Əliyev Pərviz İsmayılzadənin Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Pərviz Cəfər oğlu İsmayılzadə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilsin.