Prezidentliyə namizədliyin qeydə alınması mərhələsi başlayır


Siyasət 19 Fev 2018 09:47:00 272 0

Prezidentliyə namizədliyin qeydə alınması mərhələsi başlayır

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesi sabahdan başlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.

Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.