Prezident seçkilərində müşahidə aparmaq üçün MSKya 6 müraciət daxil olub


Siyasət 17 Fev 2018 17:24:00 272 0

Prezident seçkilərində müşahidə aparmaq üçün MSKya 6 müraciət daxil olub

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, bütün müraciətlərə müsbət cavab verilib.

MSK sədri vurğulayıb ki, müşahidə aparmaq istəyənlərə şərait yaradılır: "Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərait yaradaq. Çünki müşahidəçilər nə qədər çox olarsa, seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir".