Deputatlarımız Rusiyada prezident seçkiləri qabağı monitorinqdə iştirak edəcəklər


Siyasət 17 Fev 2018 15:48:00 256 0

Deputatlarımız Rusiyada prezident seçkiləri qabağı monitorinqdə iştirak edəcəklər

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün fevralın 19-da bu ölkəyə səfər edəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin

təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.