Moskvada meyiti tapılan azərbaycanlı uşağın atasından AÇIQLAMA


Kriminal 17 Fev 2018 14:24:00 284 0

Moskvada meyiti tapılan azərbaycanlı uşağın atasından AÇIQLAMA

Ötən gün Moskvada uşaq bağçalarının birində vəfat etmiş azərbaycanlı qızın atası Niyazi Rzayev qızın ölümü haqqında təfərrüatları açıqlayıb.

Son.az bakupost-a istinadən xəbər verir ki, qız digər uşaqlarla açıq havada olarkən huşunu itirib.

N.Rzayev qeyd edib ki, 1 ay əvvəl uşağın analizlərini verib və tamamilə sağlam çıxıb. 

Uşağın atası daha bir maraqlı faktı açıqlayıb. O, qızının tərbiyəçilərdən xoşu gəlmədiyini qeyd edib.

Hazırda qızın ölümü ilə Rusiya İstintaq Komitəsi cinayət işi başlayıb.