Bakıda yeniyetmə məktəbin həyətində döyülüb


Kriminal 16 Fev 2018 08:25:00 320 0

Bakıda yeniyetmə məktəbin həyətində döyülüb

Xətai rayonunda 1 nəfərin döyülməsi ilə nəticələnən dava baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında 63 saylı orta məktəbin həyətində qeydə alınıb.

2003-cü il təvəllüdlü Cəfərli Əli Allahverdi oğlu tanışı ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ə.Cəfərli üz və bədən nahiyəsindən xəsarətlər alıb.