Mariya Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi diqqət yetirir"


Siyasət 15 Fev 2018 18:03:47 251 0

Mariya Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi diqqət yetirir"

Rusiya XİN-in rəsmi nümayəndəsi: "Bu münaqişənin həllini tapacağına ümid var"

"Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunan razılaşmları həyata keçirməsində fəal iştirak edir".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu il seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini şərh edərkən brifinqdə deyib.

"Bu münaqişənin həllini tapacağına ümid var və bildiyiniz kimi, bu məsələyə ciddi diqqət yetiririk. Ən əsası isə tərəflərin əldə etdikləri razılaşmaların həyata keçirilməsi üzrə fəal işləyirik", - M.Zaxarova bildirib.