Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin birinci müavini ilə görüşüb - ƏLAVƏ OLUNUB


Siyasət 15 Fev 2018 12:45:18 41 0

Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin birinci müavini ilə görüşüb - ƏLAVƏ OLUNUB

Dövlət başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

Dövlət başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və tərəfdaşlığının göstəricisidir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr həyata keçirirlər. Neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.

“Cənub Qaz Dəhlizi” layihəsinin artıq yeddi ölkəni əhatə etdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılması çox vacibdir: "Biz buna nail olmuşuq və bu, gələcək uğurlarımızın zəmanətidir".

Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili baş nazir Giorgi Kvirikaşvilinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Gürcüstanın bu layihədə iştirakının önəmini vurğulayan qonaq Cənub Qaz Dəhlizinin icrası nəticəsində ölkəsində minlərlə yeni iş yerinin açıldığını deyib. 

Dmitri Kumsişvili vurğulayıb ki, Azərbaycan və Gürcüstan birlikdə uğurlu qlobal layihələr həyata keçirirlər: "Bu layihələr həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropa üçün böyük əhəmiyyətə malikdir".

Dövlət başçısı baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın baş nazirinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin birinci müavini ilə görüşüb like
  • 15 Fev 12:42  
Digərləri Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin birinci müavini ilə görüşüb

Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin birinci müavini ilə görü

arrow Ətraflı
Rüstəm Usubov: Seçki qanunvericiliyini pozanlar cəzalandırılacaq like
  • 15 Fev 12:36  
Digərləri Rüstəm Usubov: Seçki qanunvericiliyini pozanlar cəzalandırılacaq

Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb.

arrow Ətraflı
Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı"  3 dəfə dövrə vur, ərə get  FOTO like
  • 15 Fev 12:31  
Digərləri Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" 3 dəfə dövrə vur, ərə get FOTO

Almaniyanın Eutin şəhərinin yaxınlığındakı meşədə olan 500 yaşlı a

arrow Ətraflı
Markinyos: "Hakim "Real"ın lehinə xeyli səhv qərarlar verdi" like
  • 15 Fev 12:30  
İdman Markinyos: "Hakim "Real"ın lehinə xeyli səhv qərarlar verdi"

Bu mövsüm Çempionlar Liqasında ən azı final oynamağı qarş

arrow Ətraflı
Belçikada xoruz və toyuqları tuturlar - Yatmağa mane olurlar like
  • 15 Fev 12:28  
Digərləri Belçikada xoruz və toyuqları tuturlar - Yatmağa mane olurlar

Belçikanın Muskron şəhərində yaşayış evlərinin yaxınlığında məsku

arrow Ətraflı
Orenburqda yanğında ölən üç azərbaycanlıın meyiti vətənə göndərilib like
  • 15 Fev 12:27  
Sosial Orenburqda yanğında ölən üç azərbaycanlıın meyiti vətənə göndərilib

Yanğında ölənlər bu gün Masallı rayonunda dəfn ediləcəklər

arrow Ətraflı
Bakıda gənc qız qatar küləyi yıxdı like
  • 15 Fev 12:22  
Digərləri Bakıda gənc qız qatar küləyi yıxdı

Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xə

arrow Ətraflı
“Elza Seyidcahanı sevirdim”  Vasif Məhərrəmlidən etiraf  VİDEO  FOTO like
  • 15 Fev 12:17  
Şou-biznes “Elza Seyidcahanı sevirdim” Vasif Məhərrəmlidən etiraf VİDEO FOTO

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı əməkd

arrow Ətraflı
"İstanbul su altında qala bilər"  FOTO like
  • 15 Fev 12:13  
Dünya "İstanbul su altında qala bilər" FOTO

Elm adamları qlobal dəniz səviyyəsindəki artımın son 25 ildə daha da sü

arrow Ətraflı