Prezident İlham Əliyev: ""Cənub Qaz Dəhlizi" çərçivəsində istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılmasına nail olmuşuq"


Siyasət 15 Fev 2018 13:52:15 53 0

Prezident İlham Əliyev: ""Cənub Qaz Dəhlizi" çərçivəsində istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılmasına nail olmuşuq"

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. "Cənub Qaz Dəhlizi" layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və tərəfdaşlığının göstəricisidir.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr həyata keçirirlər. Neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.

"Cənub Qaz Dəhlizi" layihəsinin artıq yeddi ölkəni əhatə etdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılması çox vacibdir. Biz buna nail olmuşuq və bu, gələcək uğurlarımızın zəmanətidir.

Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Baş nazir Giorgi Kvirikaşvilinin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Gürcüstanın bu layihədə iştirakının önəmini vurğulayan qonaq Cənub Qaz Dəhlizinin icrası nəticəsində ölkəsində minlərlə yeni iş yerinin açıldığını dedi.

Dmitri Kumsişvili vurğuladı ki, Azərbaycan və Gürcüstan birlikdə uğurlu qlobal layihələr həyata keçirirlər. Bu layihələr həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropa üçün böyük əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Komediya janrında "Güləhməd" filminin qala-gecəsi keçiriləcək (FOTO) like
  • 15 Fev 13:51  
Digərləri Komediya janrında "Güləhməd" filminin qala-gecəsi keçiriləcək (FOTO)

"İmperator Lion Manufacturer" şirkəti növbəti böyük layihəsinin qala-ges

arrow Ətraflı
Əməkdar artist qadın tərəfindən şantaj olundu  VİDEO like
  • 15 Fev 13:48  
Şou-biznes Əməkdar artist qadın tərəfindən şantaj olundu VİDEO

Space televiziyasında yayımlanan "Nahara qədər" verilişinin qona

arrow Ətraflı
Bu həftə "V Element"in qonağı Eduard Məmmədov olub  VİDEO like
  • 15 Fev 13:44  
Şou-biznes Bu həftə "V Element"in qonağı Eduard Məmmədov olub VİDEO

ATV-də yayımlanan "V Element" verilişinin buhəftəki qonağı &quo

arrow Ətraflı
Emeri: "Hakimin şübhəli qərarı "Real"a çox kömək etdi" like
  • 15 Fev 13:43  
İdman Emeri: "Hakimin şübhəli qərarı "Real"a çox kömək etdi"

Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"a qarşı səfər

arrow Ətraflı
USAID rəsmisi Azərbaycana səfərə gələcək like
  • 15 Fev 13:39  
Siyasət USAID rəsmisi Azərbaycana səfərə gələcək

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya Bürosu

arrow Ətraflı
Millimiz gerilədi like
  • 15 Fev 13:39  
Digərləri Millimiz gerilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

arrow Ətraflı
Rusiyada “YouTube” çökdü like
  • 15 Fev 13:35  
Digərləri Rusiyada “YouTube” çökdü

Rusiyada “YouTube” videoportalnın fəaliyyətində qüsurlar yarandığı b

arrow Ətraflı
“Mənə onun lüt bədəni lazım deyil” like
  • 15 Fev 13:35  
Şou-biznes “Mənə onun lüt bədəni lazım deyil”

ARB TV-nin "Virtual Həyat" proqramının növbəti müsahibi əmək

arrow Ətraflı
Azərbaycanlı aparıcı müğənni ilə 18+ VİDEOsunu paylaşdı like
  • 15 Fev 13:32  
Şou-biznes Azərbaycanlı aparıcı müğənni ilə 18+ VİDEOsunu paylaşdı

Qalmaqallı açıqlamaları ilə yadda qalan aparıcı Sərxan Kərəmoğlu veri

arrow Ətraflı
Azərbaycanda 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb like
  • 15 Fev 13:31  
Digərləri Azərbaycanda 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Azərbaycanda prezident seçkilərində iştirak üçün 13 nəfər namizədlikl

arrow Ətraflı
Bu ölkədə xoruz və toyuqları tuturlar  İLGİNC SƏBƏB like
  • 15 Fev 13:30  
Dünya Bu ölkədə xoruz və toyuqları tuturlar İLGİNC SƏBƏB

Belçikanın Muskron şəhərində yaşayış evlərinin yaxınlığında məsku

arrow Ətraflı
BMT: Əfqanıstanda ötən il rekord sayda mülki vətəndaş ölüb və yaralanıb like
  • 15 Fev 13:25  
Dünya BMT: Əfqanıstanda ötən il rekord sayda mülki vətəndaş ölüb və yaralanıb

Bu ölkədə 2017-ci ildə törədilən hücumlarda, təqribən, 2,3 min dinc sa

arrow Ətraflı
Millimiz FİFA-nın yeni reytinq siyahısında gerilədi like
  • 15 Fev 13:25  
İdman Millimiz FİFA-nın yeni reytinq siyahısında gerilədi

onuncu dəfə yanvarın 18-də açıqlanan siyahı ilə müqayisədə

arrow Ətraflı