Prezident: "İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq" - YENİLƏNİB


Siyasət 15 Fev 2018 13:42:00 271 0

Prezident: "İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq" - YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.

"Report" xəbər verir ki, İ.Skalfarotto İtaliyanın baş naziri Paolo Centiloninin salamlarını dövlət başçısına çatdırıb.

O, ölkəsinin Cənub Qaz Dəhlizində iştirakından və bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirib. İ.Skalfarotto iki ölkə arasında əməkdaşlığın digər sahələrdə də uğurla inkişaf etdiyini deyib, Azərbaycanın İtaliyaya sərmayə yatırmasını dəstəklədiklərini vurğulayıb. O, Azərbaycan-İtaliya əməkdaşlığının digər sahələrdə də inkişafı üçün səylərin gücləndirilməsinin önəmini ifadə edib.

İki ölkə arasında ikitərəfli əməkdaşlığın energetika, ticarət və digər sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirib. Dövlət başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizi iki ölkəni birləşdirən önəmli layihədir və gələcək illərdə əməkdaşlığımızın inkişafında vacib rol oynayacaq. Prezident İlham Əliyev qeyd edib ki, İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq.

Dövlət başçısı baş nazir Paolo Centiloninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliyanın baş nazirinə çatdırmağı xahiş edib.

*** 12:46

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.

“Report” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.