USAID rəsmisi Azərbaycana səfərə gələcək


Siyasət 15 Fev 2018 13:39:00 297 0

USAID rəsmisi Azərbaycana səfərə gələcək

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya Bürosu rəhbərinin köməkçisi Brok Birman regional səfərləri çərçivəsində Azərbaycana da gələcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, B.Birmanın regiona səfərləri fevralın 14-dən martın 8-dək davam edəcək.

Bildirilir ki, səfəri zamanı o, USAID-in dəstəklədiyi proqramların nümayəndələri ilə və ölkənin rəsmi şəxsləri görüşlər keçirəcək.

Qeyd edək ki, B.Birman daha sonra Gürcüstana səfər edəcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində