MSK sədri: "Bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq"


Siyasət 14 Fev 2018 17:48:00 286 0

MSK sədri: "Bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini imzatoplama vaxtı diqqətli olmağa çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, M.Pənahov bildirib ki, imza toplamaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb: "Namizədliyin qeydə alınması üçün imzalar düzgün olmalıdır. Sonra etibarsız imzalara görə namizədlik qeydə alınmayanda bunu başqa cür yozurlar".

MSK sədri, həmçinin seçki məntəqələrində veb-kameraların quraşdırılmasına toxunub. O qeyd edib ki, yaxın günlərdə kameraların quraşdırılmasına başlanılacaq.

M.Pənahovun sözlərinə görə, kameralar Azərbaycanın bütün coğrafiyasını əhatə edəcək.

MSK sədri vurğulayıb ki, seçki günü səhər saat 07:30-dan başlayaraq bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində