Bakıda Valday klubunun səfər iclası keçiriləcək


Siyasət 14 Fev 2018 13:09:40 100 0

Bakıda Valday klubunun səfər iclası keçiriləcək

MDBMİ-nin prorektoru: "Foruma Rusiyanın ən böyük energetika şirkətlərinin rəhbərləri də cəlb olunacaqlar"

Valday müzakirə klubunun Bakıda keçiriləcək səfər iclasında Qərb cəmiyyətinin aparıcı analitikləri və ekspertləri iştirak edəcəklər.

Bu barədə "Report"un Rusiya bürosuna Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) prorektoru Artyom Malqin deyib.

Onun sözlərinə görə, foruma Rusiyanın ən böyük energetika şirkətlərinin rəhbərləri də cəlb olunacaqlar.

"MDBMİ Valday klubunun təsisçilərindən biridir. Hazırda Bakıda çox güman, ölkədəki prezident seçkilərindən sonra keçiriləcək səfər iclaslarının tarixi razılaşdırılır", - A.Malqin bildirib.

Prorektor qarşıdakı forumun mövzularının nəqliyyat-enerji məsələləri və neft-qaz gəlirlərinin dövlətin fəaliyyətinin müxtəlif sahələrinə düzgün sərmayəsi olacağını vurğulayıb.

"Bakının nümunəsində neft gəlirlərinin şəhərin infrastrukturuna necə sərf olunduğunu görürük və bu, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bəlkə də indi daha dəqiq sərmayə qoyulmasının vaxtı çatıb. Məsələn, kənd təsərrüfatına. Azərbaycan coğrafi mövqeyinə görə həmişə meyvə-tərəvəz məhsullarının əsas istehsal və emal mərkəzlərindən biri olub. Bütün bunlar üçün ciddi təhlil lazımdır, respublikanın rəhbərliyi də bizi bu istiqamətə yönəldir", - MDBMİ-nin prorektoru qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan şərqdən qərbə, şimaldan cənuba doğru marşrutlarda nəqliyyat mərkəzinə çevrilir və bu, ölkəyə unikal inkişaf imkanları verir.

"Valday klubu ilk növbədə düşünmək üçün fürsətdir. Bakının iqtisadi-siyasi mövqeləşməsi üçün yeni imkanlar yaranır. Həm də bu, Qərb və Rusiya şirkətlərinin görüşləri üçün əlavə platforma olacaq", - A.Malqin bildirib.

Səhiyyə naziri işdən azad edildi like
  • 14 Fev 13:07  
Digərləri Səhiyyə naziri işdən azad edildi

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın səhiyyə nazirini v

arrow Ətraflı
Neymar 2019-cu ildə "Real" keçəcək? like
  • 14 Fev 13:06  
İdman Neymar 2019-cu ildə "Real" keçəcək?

Neymarın "Real"a transfer ehtimalı bir neçə aydır gündəmə gət

arrow Ətraflı
Sabah Bakıda nazirlərin dördüncü iclası keçiriləcək like
  • 14 Fev 13:04  
Digərləri Sabah Bakıda nazirlərin dördüncü iclası keçiriləcək

Fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvə

arrow Ətraflı
Azərbaycanda standartlaşdırma ilə bağlı yeni qanun qəbul edilə bilər like
  • 14 Fev 13:03  
Digərləri Azərbaycanda standartlaşdırma ilə bağlı yeni qanun qəbul edilə bilər

Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun qəbul edilə bilər.

arrow Ətraflı
Pərvin Abıyeva: like
  • 14 Fev 13:00  
Digərləri Pərvin Abıyeva:

Ötən gün ölkə mediasında yayılan Pərvin Abıyevanın ailə quracağı il

arrow Ətraflı
Alleqri: "Tottenham" bizi müdafiəyə oturmağa məcbur etdi" like
  • 14 Fev 12:52  
İdman Alleqri: "Tottenham" bizi müdafiəyə oturmağa məcbur etdi"

Çempionlar Liqasının 1/8 finalında keçirdiyi ilk oyunda "Totten

arrow Ətraflı
""McDonalds" məhsullarının tərkibində zərərli maddələr aşkarlanıb" like
  • 14 Fev 12:48  
Digərləri ""McDonalds" məhsullarının tərkibində zərərli maddələr aşkarlanıb"

Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulov "F

arrow Ətraflı
Azərbaycan XİN başçısı Aİ ilə yeni saziş üzrə danışıqların gedişatını şərh edib like
  • 14 Fev 12:44  
Siyasət Azərbaycan XİN başçısı Aİ ilə yeni saziş üzrə danışıqların gedişatını şərh edib

Danışıqların növbəti mərhələsi 2018-ci ilin birinci rübünün sonuna v

arrow Ətraflı