Rusiyalı musiqiçi Azərbaycan hökuməti və xalqından üzr istəyib - YENİLƏNİB


Siyasət 14 Fev 2018 13:16:00 64 0

Rusiyalı musiqiçi Azərbaycan hökuməti və xalqından üzr istəyib - YENİLƏNİB

XİN daha bir rusiyalı musiqiçinin adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daha bir rusiyalı musiqiçini adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Vitali Vatulya, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Məktubunda Vitali Vatulya 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Vitali Vatulya Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.

Vitali Vatulya həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Vitali Vatulyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

*** 11:30

Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Mariya Nemtsova, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.

Nazirlikdən bildirilib ki, məktubunda Mariya Nemtsova 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Mariya Nemtsova Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən çox insanın həlak olduğunu bildirib.

Mariya Nemtsova həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu söyləyib.

Mariya Nemtsovanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Bakının bu hissəsi də tədqiq olunacaq like
  • 14 Fev 13:12  
Digərləri Bakının bu hissəsi də tədqiq olunacaq

"Bayıl yamacında baş verən sürüşmənin dəqiq səbəblərinin öyrə

arrow Ətraflı
Sərbəst güləş yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda like
  • 14 Fev 13:11  
Digərləri Sərbəst güləş yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda

Aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Ku

arrow Ətraflı
Bu da rəqqasə Fatimənin illərdir gizlətdiyi həyat yoldaşı like
  • 14 Fev 13:10  
Digərləri Bu da rəqqasə Fatimənin illərdir gizlətdiyi həyat yoldaşı

Rəqqasə Fatimənin 11 illik həyat yoldaşı nəhayət "üzə çıxıb&qu

arrow Ətraflı
Bu şəxslər üçün şəxsiyyət vəsiqəsinə görə dövlət rüsumu azaldıla bilər like
  • 14 Fev 13:09  
Digərləri Bu şəxslər üçün şəxsiyyət vəsiqəsinə görə dövlət rüsumu azaldıla bilər

Azərbaycanda 15 yaşdan aşağı şəxslər üçün şəxsiyyət vəsiqəsinin

arrow Ətraflı
Bakıda Valday klubunun səfər iclası keçiriləcək like
  • 14 Fev 13:09  
Siyasət Bakıda Valday klubunun səfər iclası keçiriləcək

MDBMİ-nin prorektoru: "Foruma Rusiyanın ən böyük energetika şirkətlərini

arrow Ətraflı
Səhiyyə naziri işdən azad edildi like
  • 14 Fev 13:07  
Digərləri Səhiyyə naziri işdən azad edildi

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın səhiyyə nazirini v

arrow Ətraflı
Neymar 2019-cu ildə "Real" keçəcək? like
  • 14 Fev 13:06  
İdman Neymar 2019-cu ildə "Real" keçəcək?

Neymarın "Real"a transfer ehtimalı bir neçə aydır gündəmə gət

arrow Ətraflı
Sabah Bakıda nazirlərin dördüncü iclası keçiriləcək like
  • 14 Fev 13:04  
Digərləri Sabah Bakıda nazirlərin dördüncü iclası keçiriləcək

Fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvə

arrow Ətraflı
Azərbaycanda standartlaşdırma ilə bağlı yeni qanun qəbul edilə bilər like
  • 14 Fev 13:03  
Digərləri Azərbaycanda standartlaşdırma ilə bağlı yeni qanun qəbul edilə bilər

Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun qəbul edilə bilər.

arrow Ətraflı
Pərvin Abıyeva: like
  • 14 Fev 13:00  
Digərləri Pərvin Abıyeva:

Ötən gün ölkə mediasında yayılan Pərvin Abıyevanın ailə quracağı il

arrow Ətraflı
Alleqri: "Tottenham" bizi müdafiəyə oturmağa məcbur etdi" like
  • 14 Fev 12:52  
İdman Alleqri: "Tottenham" bizi müdafiəyə oturmağa məcbur etdi"

Çempionlar Liqasının 1/8 finalında keçirdiyi ilk oyunda "Totten

arrow Ətraflı