Azərbaycan XİN başçısı Aİ ilə yeni saziş üzrə danışıqların gedişatını şərh edib


Siyasət 14 Fev 2018 12:44:17 293 0

Azərbaycan XİN başçısı Aİ ilə yeni saziş üzrə danışıqların gedişatını şərh edib

Danışıqların növbəti mərhələsi 2018-ci ilin birinci rübünün sonuna və ya ikinci rübünün əvvəlinə planlaşdırılır

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq müqaviləsi layihəsi üzrə danışıqlar konstruktiv şəkildə və qarşılıqlı anlaşma əsasında həyata keçirilir. Sənədin hazırlıq prosesində heç bir maneə yoxdur".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA "Novosti"yə müsahibəsində yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqların gedişi barədə danışarkən deyib.

"Ticarət məsələləri ilə bağlı bəzi fikir ayrılıqları var. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmadığından tariflər və subsidiyalar məsələsində baxışlarımız fərqlidir. Amma müzakirələr zamanı qarşılıqlı anlaşma əsasında ümumi ortaq nöqtələr tapmağa cəhd edəcəyik", - XİN başçısı bildirib.

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsi 2018-ci ilin birinci rübünün sonuna və ya ikinci rübünün əvvəlinə planlaşdırılır.