Səfir: "Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi gündəmdə deyil"


Siyasət 14 Fev 2018 12:02:28 289 0

Səfir: "Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi gündəmdə deyil"

Zoltan Hernyes: "Azərbaycan AŞ və AŞPA-nın tamhüquqlu üzvüdür və bütövlükdə aktiv fəaliyyət göstərir"

"Azərbaycanın Avropa Şurasından (AŞ) və Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxarılması məsələsi gündəmdə deyil".

"Report" xəbər verir ki, bunu Avropa Şurasının Azərbaycandakı nümayəndəsi səfir Zoltan Hernyes deyib.

"Azərbaycan AŞ və AŞPA-nın tamhüquqlu üzvüdür və bütövlükdə aktiv fəaliyyət göstərir. Azərbaycan nümayəndə heyəti AŞPA-nın yanvar ayındakı son sessiyasında da fəal olub. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib. Odur ki, gündəmdə belə məsələ yoxdur", - Z.Hernyes bildirib.